17:11 17-09-2016
news_image
933
TOP OYUNLARI

5 qat Azərbaycan çempionu Rusiya klubunda - FOTO

Serbiya millisinin voleybolçusu Nataşa Krsmanoviç özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, fəaliyyətini dayandıran “Rabitə” ilə 5 dəfə Azərbaycan çempionu titulunu qazanan 31 yaşlı blokçu karyerasını Rusiyada davam etdirəcək.

 

Krsmanoviç “Uraloçka” klubu ilə 1 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Nataşa “Rabitə” ilə dünya çempionu olub və 2 dəfə Çempionlar Liqasının finalında oynayıb. O, son mövsümü isə Çin klubunda çıxış edib.