10:06 19-09-2016
news_image
1367
DİGƏR NÖVLƏR

Rio-2016: Paralimpiada başa çatdı, Azərbaycan 33-cü pillədə - MEDAL SİYAHISI

Rio-de-Janeyroda XV Yay Paralimpiya Oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, 159 ölkədən 4342 paralimpiyaçı 528 dəst medalın sahibini müəyyənləşdirib.

 

Rioda Azərbaycan da daxil olmaqla, 83 ölkə mükafat qazanıb. Bu ölkələrdən cəmi 63-ünün himni səslənib.

 

Azərbaycan yığması yarışlarda 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Komandamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, əyarına görə 48-ci, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yeri tutub.

 

Medal qazanan ölkələrin siyahısını isə Çin birinci pillədə başa vurub. 107 qızıl, 81 gümüş və 51 bürünc medal qazanan asiyalılar mükafat sayına görə də əlçatmaz olub. İkinci yerdə qərarlaşan Böyük Britaniya çinlilərdən 92 medal geri qalıb. “Üçlüy”ü 117 mükafat qazanan Ukrayna qapayıb.

 

Qeyd edək ki, yığmamızın heyətində Ramil Qasımov (73 kq) qızıl, Bayram Mustafayev (hər ikisi cüdo, 66 kq), Kamil Əliyev (uzunluğa tullanma), Raman Saley (üzgüçülük, 100 m arxası üstə), İradə Əliyeva (nizə atma) gümüş və Rövşən Səfərov (cüdo, 81 kq) bürünc medal qazanıb. Həmçinin atletimiz Yelena Çebanu 100 m məsafəyə qaçışda və uzunluğa tullanmada ikinci yeri tutub, 200 m məsafəyə qaçışda finiş xəttinə üçüncü çatıb. Dmitri Saley isə həm 100 m məsafəyə brass üsulu, həm də 50 m məsafəyə sərbəst üsulla üzməkdə gümüş medal qazanıb.

 

 

 

Ölkə

Qızıl

Gümüş

Bürünc

CƏMİ

1

Çin

107

81

51

239

2

Böyük Britaniya

64

39

44

147

3

Ukrayna

41

37

39

117

4

ABŞ

40

44

31

115

5

Avstraliya

22

30

29

81

6

Almaniya

18

25

14

57

7

Hollandiya

17

19

26

62

8

Braziliya

14

29

29

72

9

İtaliya

10

14

15

39

10

Polşa

9

18

12

39

11

İspaniya

9

14

8

31

12

Fransa

9

5

14

28

13

Yeni Zelandiya

9

5

7

21

14

Kanada

8

10

11

29

15

İran

8

9

7

24

16

Özbəkistan

8

6

17

31

17

Nigeriya

8

2

2

12

18

Kuba

8

1

6

15

19

Belarus

8

0

2

10

20

Cənubi Koreya

7

11

17

35

21

Tunis

7

6

6

19

22

CAR

7

6

4

17

23

Tailand

6

6

6

18

24

Yunanıstan

5

4

4

13

25-26

Belçika

5

3

3

11

 

Slovakiya

5

3

3

11

27

Əlcəzair

4

5

7

16

28

İrlandiya

4

4

3

11

29

Meksika

4

2

9

15

30

Misir

3

5

4

12

31

Serbiya

3

2

4

9

32

Norveç

3

2

3

8

33

Mərakeş

3

2

2

7

34

Türkiyə

3

1

5

9

35

Keniya

3

1

2

6

36

Malayziya

3

0

1

4

37

Kolumbiya

2

5

10

17

38

BƏƏ

2

4

1

7

39

İraq

2

3

0

5

40

Honq-Konq

2

2

2

6

41-42

Xorvatiya

2

2

1

5

 

İsveçrə

2

2

1

5

43

Hindistan

2

1

1

4

44

Litva

2

1

0

3

45

Latviya

2

0

2

4

46

Sinqapur

2

0

1

3

47

Macarıstan

1

8

9

18

48

Azərbaycan

1

8

2

11

49

İsveç

1

4

5

10

50

Avstriya

1

4

4

9

51-52

Çexiya

1

2

4

7

 

Danimarka

1

2

4

7

53

Namibiya

1

2

2

5

54

Argentina

1

1

3

5

55

Vyetnam

1

1

2

4

56-57

Finlandiya

1

1

1

3

 

Trinidad və Tobaqo

1

1

1

3

58- 59

Qazaxıstan

1

1

0

2

 

Sloveniya

1

1

0

2

60-63

Bəhreyn

1

0

0

1

 

Bolqarıstan

1

0

0

1

 

Gürcüstan

1

0

0

1

 

Küveyt

1

0

0

1

64

Yaponiya

0

10

14

24

65

Venesuela

0

3

3

6

66

İordaniya

0

2

1

3

67

Qatar

0

2

0

2

68

Çin Taypeyi

0

1

1

2

69-72

Bosniya və Herseqovina

0

1

0

1

 

Fil Dişi Sahili

0

1

0

1

 

Efiopiya

0

1

0

1

 

Uqanda

0

1

0

1

73

Portuqaliya

0

0

4

4

74

İsrail

0

0

3

3

75

Monqolustan

0

0

2

2

76-83

Kape Verde

0

0

1

1

 

İndoneziya

0

0

1

1

 

Səudiyyə Ərəbistanı

0

0

1

1

 

Mozambik

0

0

1

1

 

Pakistan

0

0

1

1

 

Filippin

0

0

1

1

 

Rumıniya

0

0

1

1

 

Şri Lanka

0

0

1

1