12:18 19-09-2016
news_image
612
DİGƏR NÖVLƏR

Olimpiya çempionu ukraynalıların Azərbaycana axınının səbəbkarını açıqladı

“Mən də yığmamızın Azərbaycana keçidi haqda çox eşitmişəm. Özü də təkcə qadın avarçəkənlər deyil, digərləri ilə də bağlı idi”. Apasport.az saytının məlumatına görə, bunu ukraynalı kanoeçi Yuri Çeban deyib.

 

Rio Olimpiadasında Azərbaycan yığmasının avarçəkəni Valentin Demyanenkonu qabaqlayaraq, 200 m məsafəyə yürüşdə çempion olan idmançı həmyerlilərinin ölkəmizə axınına münasibət bildirib. İkiqat Olimpiya çempionunun sözlərinə görə, bu işdə baş məşqçiləri günahkardı: “Bu, Rio Olimpiadasından başlamadı, əvvəllər də belə söhbətlər vardı. Hər şey yalnız bir nəfərin adı ilə bağlıdı. Bu, yığmamızın məşqçisi Aleksey Motovdu. O, insanlara işləməyə, normal toplanışlar keçməyə imkan vermir. Hətta federasiya prezidenti bizimlə birgə məktub da yazdı ki, baş verənlərin hamısına baş məşqçi cavab verməlidi”.

 

Qeyd edək ki, Demyanenko da əslən ukraynalıdı. Yığmamızın əsasını isə bu ölkənin avarçəkənləri təşkil edir.