10:53 20-09-2016
news_image
594
TOP OYUNLARI

Cüdoçularımız böyük coşğu ilə qarşılandı - FOTO

İspaniyada cüdo üzrə gənclər arasında Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. Apasport.az saytının xəbərinə görə, mötəbər turnirdə 2 qızıl medal və komanda yarışlarında Avropa birinciliyinin gümüş medalını qazanmış milli komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, media nümayəndələri və bir qrup azarkeş böyük coşğu ilə qarşılayıblar.

Qeyd edək ki, Avropa çempionatında cüdoçularımızdan Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) qızıl medala sahib olublar.