14:04 20-09-2016
news_image
1220
TOP OYUNLARI

Oteldə qızları zorlayan yığma voleybolçuları həbs edildi

Finlandiyada həbs olunan voleybolçuların məhkəməsi başa çatıb. Apasport.az saytının məlumatına görə, zorlamada ittiham olunan Kuba yığmasının üzvləri Tampere şəhərindəki hərəkətləri səbəbindən sərt cəzaya məruz qalıblar.

 

Otelində qızlara təcavüz etmələri sübuta yetirilən Abraham Qavilan Alfonso, Rikardo Norberto Kalvo Mansano, Rolando Sepedu Abreu və Osmani Santyaqo Uriarte Mestreyə 5 il həbs cəzası verilib. Yığmanın digər üzvü Luis Tomas Sosa Serra isə həbsxananı daha tez - 3,5 ildən sonra tərk edəcək.

 

Qeyd edək ki, iyulun 2-də 3 kubalı voleybol zorlanmada təqsirli bilinərək, zorlananların şikayəti əsasında saxlanılmışdı. Ertəsi günü Finlandiya polisi daha 5 nəfəri istintaqa cəlb edib. Lakin sonradan bu 8 nəfərdən 3-ü günahsız bilinərək buraxılmışdı.