16:41 20-09-2016
news_image
1274
TOP OYUNLARI

Yığmamızın hücumçusu üçün legioner həyatı bitdi

Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanova karyerasını ölkəmizdə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu “Azərreyl”lə münasibətləri rəsmiləşdirib.

 

Rusiyanın “Proton” klubunun vidalaşdığı Qurbanova “dəmiryolçular”la 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Anastasiya Saratov klubuna elə “Azərreyl”dən  yollanmışdı.