11:32 21-09-2016
news_image
534
TOP OYUNLARI

Bakı – İstanbul – Belqrad - Bakı

“Telekom” növbəti təlim-məşq toplantısına başlayır. Apasport.az saytının məlumatına görə, avqustun 30-da bir araya gələn Super Liqanın gümüş medalçısı ilkin mərhələni sentyabrın 26-da bitirəcək.

 

Ertəsi gün Türkiyənin İstanbul şəhərinə yollanacaq komanda “Boğaziçi” turnirinə qatılacaq. Bu yarışdan sonra baş məşqçi Zoran Qayiç komandasını vətəni Serbiyaya aparacaq.

 

Oktyabrın 3-də Belqrada gedəcək “Telekom” ayın 14-dək burada Azərbaycan çempionatının mükafatçısı olan Draqutin Baltiçin çalışdırdığı “Vizura” ilə birgə hazırlıq keçəcək. Komandamız “Partizan”ın xələfi ilə bir neçə yoxlama matçı da oynayacaq.

 

“Telekom” Bakıya oktyabrın 14-də qayıdacaq.