11:37 21-09-2016
news_image

Taekvondo yığmamız Moskvaya yollanır

Sentyabrın 22-dən 25-dək taekvondo üzrə açıq Rusiya çempionatı keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda gənclərdən ibarət Azərbaycan yığması da iştirak edəcək.

 

Ölkəmiz sayca 6-cı olan G2 dərəcəli yarışa 15 idmançı ilə qatılacaq. Komandamızın baş məşqçi Məmməd Abdullayev Moskvada Murad Muradov, Ayaz Qəmbərli, Bəhruz Quluzadə (hər üçü 46 kq), Cavid Məmmədov (48 kq), Əli İsazadə (51 kq), Qaşım Maqomedov (55 kq), Nurlan Fətəliyev (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq), Mert Çiçek (73 kq), Fərhan Məmmədli (78 kq), Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva, Mirvari Qəmbərli (hər ikisi 46 kq), Leyla Məmmədova, Diana Haçıəliyeva ( hər ikisi 49 kq) və Şəms İsayevaya (52 kq) şans verəcək.