09:33 22-09-2016
news_image
745
TOP OYUNLARI

Azərbaycan yığması ilə “bürünc”, İsveçrə klubu ilə “qızıl” - FOTO

Rusiyanın Yekaterinburq şəhərində qadın voleybolçular arasında keçirilən “Yeltsin kuboku”na yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının son anda imtina etdiyi yarışın qalibi İsveçrənin “Volero” klubu olub.

 

Millimizin sabiq hücumçusu Natalya Məmmədovanın kapitanı olduğu Sürix təmsilçisi keçirdiyi hər 3 qarşılaşmanı “quru hesabla” qazanıb. İkinci yer “Uraloçka”ya (6 xal) qismət olduğu halda, “üçlüyü” Krasnodar “Dinamo”su (3) qapayıb. Bütün matçlarda uduzan Türkiyə millisi (U-23) sonuncu olub.

 

Qeyd edək ki, Məmmədova 2003-cü ildən keçirilən ənənəvi yarışda Azərbaycan yığması ilə bürünc medal da qazanmışdı.