17:55 22-09-2016
news_image
831
TOP OYUNLARI

Tailand millisinin hücumçusu Azərbaycan klubunu seçdi

“Azərreyl” “Azəryol”un voleybolçularını transfer etməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu yeni mövsümdən maliyyə durumu pisləşən komandadan 5-ci oyunçunu heyətinə qatıb.

 

“Dəmiryolçular” bu dəfə tailandlı Malika Kanzonqla gücləniblər. 177 sm boya malik 29 yaşlı hücumçu ilə 1 illik razılıq əldə olunub.

 

Kanzonq “Azəryol”dan öncə tarixin yaddaşına qovuşan “İqtisadçı”nın da şərəfini qoruyub və gümüş medal qazanıb.

 

Qeyd edək ki, “Azərreyl” Tailand yığmasının hücumçusundan öncə öncə “Azəryol”la müqaviləsi başa çatan Aynur Kərimova, Ceyran Əliyeva, Şəfaqət Həbibova və Edina Dobi ilə anlaşıb. Komanda onlardan əlavə, Ayşən Abduləzimova və Anastasiya Qurbanovanı transfer edib, Valeriya Məmmədova ilə müqaviləni uzadıb. Həmçinin baş məşqçi postu Famil Ağayevə həvalə olunub.