18:23 22-09-2016
news_image
494
TOP OYUNLARI

Odina Bayramova Türkiyədə üzüldü

Azərbaycan millisinin voleybolçusu Odina Bayramova Türkiyənin “Halkbank”da yoxlama görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası “Bursa BŞB” klubu ilə üz-üzə gəlib.

 

Bayramovanın da oynadığı görüş rəqibin qələbəsi ilə başa çatıb. “Halkbank” 1:3 (18:25, 25:21, 22:25, 18:25) hesabı ilə uduzub.