10:28 23-09-2016
news_image
643
TOP OYUNLARI

“Telekom”un yeni mövsüm üçün heyəti

“Telekom” yeni mövsüm üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, gənc və perspektivli voleybolçulardan qurulan Bakı təmsilçisi əsasən ötən ilki heyətini qoruyub.

 

Belə ki, Super Liqanın gümüş medalçısı 5 oyunçu ilə vidalaşdığı halda, 4 voleybolçu ilə yeni müqavilə imzalayıb. Yola salınanların üstünlük təşkil etməsində Xristina Rusevanın 2015/2016 mövsümünün gedişində zədələnməsi və onun əvəzinə Aleksandra Petroviçin gətirilməsi səbəbindən balans pozulub.

 

Buna baxmayaraq, komanda rəhbərliyi “Telekom”un özəyini qoruya bilib. Onlar toppaylayıcıları Kristina Yaqubovanı “Azəryol”a icarəyə verdikləri halda, Yana Əzimovanı “Lokomotiv”dən geri qaytarıblar.

 

Baş məqşçi Zoran Qayiç və köməkçisi Vasif Talıbovla da işbirliyi davam edəcək. Məşqçilər korpusunda onlarla birgə Xanlar Ələkbərov (məşqçi), Dord Nahod (seleksiyaçı məşqçi) və Filip Pavçiç (fizioterapevt) yer alacaqlar.

 

 

Gələnlər: 2. Yana Əzimova (“Lokomotiv”dən icarədən qayıdıb), 18. Ülkər Kərimova (“Lokomotiv”), 13. Sladyana Mirkoviç (“Partizan”, Serbiya), 10. Yovana Vesoviç (“Alba”, Rumıniya),

 

Gedənlər: 2. Kristina Yaqubova (“Azəryol”, icarə), 15. Lusi Mulsteynova (LKS, Polşa), 17. Xristina Ruseva (“Qalatasaray”, Türkiyə), 10. Ana Priyeva, 14. Bəyaz Əliyev

 

“Telekom”un 2016/2017 mövsümü üçün heyəti

Toppaylayıcılar: 2. Yana Əzimova (Azərbaycan), 13. Sladyana Mirkoviç (Serbiya)

Hücumçular: 1. Anastasiya  Baydyuk, 3. Yelizaveta Səmədova, 5. Marqarita Əzizova, 9. Anastasiya Bessonova (hamısı Azərbaycan), Yovana Vesoviç (Serbiya), 12. Kseniya İvanoviç (Monteneqro)

Blokçular: 4. Aleksandra Petroviç (Serbiya), 7. Qabriela Koyeva (Bolqarıstan), 11. Olena Həsənova (Azərbaycan)

Liberolar: 8. Mariya Filipova (Bolqarıstan), 18. Ülkər Kərimova (Azərbaycan)

Baş məşqçi: Zoran Qayiç

 

Qeyd edək ki, “Telekom” yeni mövsümdə Super Liqa ilə yanaşı, Çempionlar Liqasında da oynayacaq.