12:19 23-09-2016
news_image
1008
TOP OYUNLARI

“Telekom” kapitanını seçdi - FOTO

“Telekom”un yeni kapitanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş medalçısında bu vəzifəni Yelizaveta Səmədova yerinə yetirəcək.

 

Son 5 ildə “Telekom”un şərəfini qoruyan voleybolçu komanda yoldaşlarının və məşqçilər korpusunun səsverməsi nəticəsində kapitan seçilib. O, bu postda Ana Piriyevanı əvəzləyib. Sonuncu “Telekom”a lazın olmadığından komanda ilə yolları ayrılıb.

 

Qeyd edək ki, Səmədova Azərbaycan yığmasının da voleybolçusudu. Lakin təlim-məşq toplanışlarına dəvət alan Liza hələlik rəsmi görüşlərdə debüt etməyib.