12:14 24-09-2016
news_image

Taekvondoçularmızdan 5 medal

Rusiya Taekvondo Birliyi və İdman Nazirliyi tərəfindən təşkil edilən “Russian Open” beynəlxalq turniri Azərbaycan taekvondoçuları üçün uğurlu alınıb. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, G2 dərəcəli yarışa qatılan gənclərdən ibarət yığma komandamızın 5 üzvü mükafatçılar sırasında yer alıb.

 

Sentyabrın 24-də mübarizəyə qatılan Mamed Abdullayevin yetirmələrindən Əliəsgər Əliyev (68 kq) keçirdiyi döyüşlərdə inamlı qələbələr qazanaraq finala vəsiqəni təmin edib. Həlledici mərhələdə də Rusiyalı rəqibi Sarmat Tçakoevə şans verməyən Əliəsgər qızıl medal qazanıb.

 

Komandamızın digər üzvlərindən 48 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Cavid Məmmədov və 42 kq-da yarışan Mehriban Məmmədova da finala kimi rəqiblərini yarışdan kənarlaşdırsalar da, həlledici döyüşlər keçilməz olub və hər iki atletimiz “gümüş”lə kifayətləniblər.

 

Aliyə Zeynalova (44 kq) və Leyla Məmmədova (49 kq) isə turniri yarımfinal mərhələsində başa vuraraq, bürünc medala layiq görülüblər.

 

Beləliklə, gənclər yığmamız beynəlxalq turniri 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

 

Xatırladaq ki, sayca 6-cı olan G2 dərəcəli “Russian Open” turniri, Moskvanın “Dostluq” idman arenasında keçirilir.