17:22 25-09-2016
news_image
435
TOP OYUNLARI

Xorvatiya yığması Bakıya gələcək

Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında AÇ-2017-də iştirak edəcək daha 3 komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Xorvatiya, Polşa və Belçika II seçmə mərhələnin son turunun nəticələrindən asılı olmayaraq, qrup qalibi adını qazanıb.

 

Belçika B, Polşa C, Xorvatiya D qrupunda ardıcıl 5 qələbə ilə 1-ci yeri təmin edib. Sonuncu iki komanda 15, belçikalılar 14 xalla rəqibləri üçün əlçatmaz olub. Onlar E qrupunda 6 qələbə qazanan Bolqarıstanın ardınca AÇ-2017-yə yüksəliblər.

 

A və F qrupunda isə qalib son turda bəlli olacaq. Birincidə İtaliya və Ukrayna, sonuncuda Çexiya ilə Belarus finala vəsiqəyə iddialıdı.

 

Qeyd edək ki, qrup ikinciləri III seçmə mərhələsində son vəsiqələr üçün mübarizə aparacaq.