20:41 27-09-2016
news_image
754
STOLÜSTÜ OYUNLAR

“Şah” dünya çempionuna məğlub oldu

Rusiyanın paytaxtı Moskvada Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov ikinci oyununa çıxıb.

 

Qrosmeysterimiz hindistanlı Vişvanatan Anandla qarşılaşıb. İlk görüşdə çinli Li Çao ilə sülhə razılaşan “Şah” bu dəfə dünya çempionuna məğlub olub.

 

Qeyd edək ki, Məmmədyarov mötəbər yarışın blits turnirini çempion kimi tamamlayıb.