16:25 28-09-2016
news_image
633
TOP OYUNLARI

Azərbaycan yığmasının hücumçusu “Azərreyl”də! - FOTO

Azərbaycan millisinin voleybolçusu Yekaterina Jidkovanın yeni komandasının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu yeni mövsümdə “Azərreyl”in şərəfini qoruyacaq.

 

“Azəryol”dan sabiq klubuna transfer olunan Jidkova ilə 1 illik müqavilə imzalanıb. Son mövsümlərdə yığmada da oyununu artıran 187 sm boya malik milliləşdirilmiş voleybolçunun yeni mövsümdə əsas heyət üzvü olacağı gözlənilir.

 

Bununla, “Azərreyl”də voleybolçuların sayı 12-yə, “Azəryol”dan bu kluba gələnlərin sayı 6-ya (!) çatıb. “Dəmiryolçular” Jidkovadan öncə komanda yoldaşları Aynur Kərimova, Ceyran Əliyeva, Şəfaqət Həbibova (hamısı Azərbaycan), Edina Dobi (Macarıstan) və Malika Kanzonq (Tailand) Bakı təmsilçisi ilə anlaşmışdı.

 

“Azərreyl” həmçinin yığmamızın digər üzvləri Ayşən Abduləzimova və Anastasiya Qurbanovanı, amerikalı Marten Bettendorf, keniyalı Mersi Moim və serbiyalı Danitsa Radenkoviçi transfer edib, Valeriya Məmmədova ilə müqaviləni uzadıb. Baş məşqçi postu da Famil Ağayevə həvalə olunub.