13:58 29-09-2016
news_image
899
TOP OYUNLARI

11 nömrə əbədiləşdirilir - FOTO

Əfsanəvi voleybolçu Yekaterina Qamovanın vida matçının keçirilmə yeri və saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçunun oktyabrın 1-də keçiriləcək son oyunu Kazandakı Sankt-Peterburq Voleybol Mərkəzində təşkil olunacaq.

 

Yerli vaxtla saat 15:30-da başlayacaq görüşdə son illərin amansız rəqibləri – Moskva və Kazan “Dinamo”ları üz-üzə gələcək. Qamova da doğma komandası olan Tatarıstan təmsilçisinin heyətində yer alacaq. Bu, Kazan klubunun tarixində sonuncu matç olacaq ki, meydana 11 nömrəli formada oyunçu çıxacaq. Qarşılaşmadan sonra Qamovanın geyindiyi bu nömrə əbədiləşdiriləcək.

 

Vida matçı çərçivəsində avtoqraf sessiya, Qamovanın mükafatları uğrunda viktorina və digər əyləncələr nəzərdə tutulub.