17:56 29-09-2016
news_image
435
TOP OYUNLARI

Polina Rəhimovanın gözlədiyi tarix

Qadın voleybolçular arasında Yaponiya çempionatının 2016/2017 mövsümünün start götürəcəyi gün dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Gündoğar ölkə”nin çempionatı oktyabrın 30-da başlayacaq.

 

Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruyacağı “Toyota” da ilin ilk sınağına həmin gün çıxacaq. Çempionatın püşkatması isə bu günlərdə olacaq.

 

Qeyd edək ki, Rəhimova ötən mövsüm də “Toyota”da çıxış edib.