19:50 29-09-2016
news_image
853
STOLÜSTÜ OYUNLAR

“Şah”ın ilk qələbəsi

Rusiyanın paytaxtı Moskvada Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov üçüncü oyununa çıxıb.

 

Qrosmeysterimiz israilli Boris Qelflandla qarşılaşıb. İlk iki oyunda çinli Li Çao ilə heç-heçə edib, hindistanlı Vişvanatan Ananda uduzan “Şah” bu dəfə qələbə sevinci yaşayıb.

 

Təmsilçimiz görüşün 28-ci dəqiqəsində rəqibin təslim olması ilə ilk qələbəsini rəsmiləşdirib.