09:17 30-09-2016
news_image
458
TOP OYUNLARI

Voleybolçularımızın duelində Kulanın komandası sevindi

Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq “Boğaziçi” turnirində II turun matçları oynanılıb. Apasport.az saytının məlumatına görə, “Telekom” klubunun istirahət etdiyi gündə rəqibləri - “Sarıyer Bələdiyyəsi”la “Beşiktaş” üz-üzə gəlib.

 

Qarşılaşma “qara qartallar”ın çətin qələbəsi ilə yekunlaşıb. “Sarıyer Bələdiyyəsi” 2:3 (25:12; 21:25; 26:24; 20:25; 13:15) uduzub.

 

Turnirdə A qrupunun son oyununda “Telekom” “Beşiktaş”la gücünü yoxlayacaq.

 

B qrupunda isə Azərbaycan millilərinin voleybolçuları - Odina Bayramovanın şərəfini qoruduğu “Halkbank” Yana Kulanın çıxış etdiyi “Çanakkale Bələdiyyəsi” üz-üzə gəlib. Görüş ikincilərin aşkar üstünlüyü ilə keçib. Kulanın komandası “quru hesablı” qələbəyə sevinib – 3:0 (28:26; 25:19; 25:17).

 

Bu qrupun son matçı isə “Halkbank”la “Əczaçıbaşı” arasında olacaq.

 

Qeyd edək ki, ilk turda “Telekom” “Sarıyer Bələdiyyəsi”nə, “Əczaçıbaşı” isə “Çanakkale Bələdiyyəsi”nə qalib gəlib.