01:59 03-10-2016
news_image
789
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Nepominayişiyə uduzub, Aronyanı gözləyir

Rusiyanın paytaxtı Moskvada Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov altıncı oyununa çıxıb.

 

Qrosmeysterimiz Yan Nepominayişi ilə üz-üzə gəlib.

 

“Şah” bu oyunda məğlubiyyətə üzülüb. Şəhriyarın növbəti rəqibi isə erməni şahmatçı Aronyan olacaq. Görüş oktyabrın 4-də keçiriləcək. 

 

Qeyd edək ki, 6 oyundan sonra aktivində 2,5 xal olan Məmmədyarov 9-cu pillədə qərarlaşıb. Lider isə 4,5 xalla Nepominayişidir.