10:56 04-10-2016
news_image
665
TOP OYUNLARI

“Azəryol” çimərlikdən voleybolçu tapdı - FOTO

“Azəryol”un daha bir transferinin adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi çimərlik millimizin voleybolçusu Zinaida Lyubimova münasibətləri rəsmiləşdirib.

 

Milliləşdirilmiş ukraynalı ən azı 2016/2017 mövsümündə “Azəryol”un uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, bir qədər öncə Eldar Yusubovu baş məşqçi postuna gətirən komanda Lyubimovadan öncə Oksana Kiselyova, Kseniya Pavlenko, Leyla Parşkova, Kristina Yaqubova və Anita Bredislə də razılıq əldə edib.