11:40 04-10-2016
news_image
3595
TOP OYUNLARI

“Lokomotiv”də maaş davası

“Lokomotiv” voleybol klubunda sular durulmaq bilmir. Apasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının komandanın əcnəbi oyunçularının və məşqçilərinin borcunu ödəməyə başlamasından sonra klubda çalışmış yerli mütəxəssislər ayağa qalxıb.

 

Belə ki, mayda “Lokomotiv”in prezidenti Elnar Əsgərovun atası, nəqliyyat nazirinin müavini Arif Əsgərova ünvanlanan məktub nəticə vermədiyindən onlar əmək haqlarının alınmasında maraqlıdılar. Klubun əməkdaşlarından bəziləri artıq taleləri ilə barışıb yeni iş yeri tapsalar belə, maaşlarının veriləcəkləri günü səbirsizliklə gözləyirlər. İşsiz qalanların isə həmin pula böyük ehtiyacları var.

 

Apasport.az saytının əldə etdiyi sənəddə yerli mütəxəssislərə olan borclar göstərilib. Komandanın həmyerlilərimizə ümumilikdə 31 min 450 manat borcu var. Bu borc “dəmiryolçular”ın bürünc medal qazandığı 2015/2016 mövsümünün son 3-10 ayını əhatə edir.

 

Qeyd edək ki, komandanın əcnəbi voleybolçuları CEV və FİVB-ə şikayət etdiyindən onların borclarının bağlanması vacibdi. Əks halda, yerli federasiyanı ciddi sanksiyalar gözləyə bilər.