13:23 05-10-2016
news_image
613
TOP OYUNLARI

“Lokomotiv”in voleybolçusu Türkiyə klubuna da lazım olmadı

Tarixin yaddaşına köçməyə “hazırlaşan” “Lokomotiv”in sabiq voleybolçusu Aleksnadra Çrnçeviç Türkiyə klubuna lazım olmayıb. Apasport.az saytının məlumatına görə, son 2 mövsümü “dəmiryolçular”ın heyətində keçirən serbiyalı hücumçunun “Nilüfər Bələdiyyəspor”la müqaviləsinə xitam verilib.

 

Belə ki, “Lokomotiv”in yaşaması sual altına düşdükdən sonra Türkiyə klubuna üz tutan Çrnçeviç avqustda yeni komandası ilə müqavilə imzalamışdı. Lakin hələ rəsmi oyuna çıxmayan voleybolçu ilə “Nilüfər Bələdiyyəspor” arasında problem yaranıb və Super Liqanın mükafatçısı klubundan qovulub.