19:07 05-10-2016
news_image
1016
TOP OYUNLARI

Türkiyəli prezident hücumçumuzun transferinə münasibət bildirdi

“Ölkəmizi Avropa və Balkan çempionatlarında təmsil edəcəyik. Bunun üçün də güclü heyət qurmağı hədəfləmişik”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Çanakkale Bld” voleybol klubunun prezidenti İsmet Güneşhan deyib.

 

Belə ki, Azərbaycan yığmasının hücumçusu Yana Kulan iyunda bu komanda ilə razılıq əldə etməsinə baxmayaraq, rəsmi müqaviləyə imzanı bu gün atıb. Onunla xorvatiyalı Mia Jerkov da Çanakkale təmsilçisi ilə danışıqları yekunlaşdırıb. Hər 2 milli oyunçusu 2016/2017 mövsümünü bu komandada keçirəcək.

 

Transferlərə münasibət bildirən “Çanakkale Bld”in prezidenti həm Kulanın, həm də Jerkovun kluba böyük fayda verəcəyini açıqlayıb: “Transferlərimiz seçiminə çox həssas yanaşdıq. Karyerası uğurlu olan və güclü voleybolçular seçdik. Avropada özlərini göstərmiş oyunçulardı. Xüsusilə bunlar əcnəbi transferlərimizə aiddi”.

 

Qeyd edək ki, Kulan 2014/2015 mövsümündə da “Çanakkala Bld”un şərəfini qoruyub. O həmçinin Cənubi Koreyanın “Hyundai”, Polşanın “Atom” və Çinin “Beijung” klublarında da legioner həyatı yaşayıb.