22:55 05-10-2016
news_image
1728
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov ənənəsinə sadiqdi – növbəti heç-heçə

Rusiyanın paytaxtı Moskvada Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov da mötəbər yarışda səkkizinci oyununa çıxıb.

 

Qrossmeysterimiz hollandiyalı Aniş Qiri ilə qarşılaşıb. Şəhriyar bu dəfə də son oyunlardakı ənənəsinə sadiq qalaraq heç-heçə ilə kifayətlənib. Tərəflər 40-cı gedişdə xalları yarı bölməyə razılaşıblar.

 

Qeyd edək ki, 8 turdan sonra aktivində 3.5 xal olan Məmmədyarov 8-ci pillədə qərarlaşıb.