00:04 06-10-2016
news_image
758
TOP OYUNLARI

Azərbaycan çempionu məğlubiyyətlə başladı - FOTOSESSİYA

Bursada yerli bələdiyyənin təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Cengiz Göllü turnirində çıxış edən “Azərreyl” ilk oyununda məğlubiyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, yerli “Bursa Böyükşəhər Bələdiyyəspor”la qarşılaşan Azərbaycan çempionu 0:3 hesablı məğlubiyyətə üzülüb.

 

Voleybolçularımız 25:14, 25:16 və 25:19 hesabı ilə hər üç seti üzgün başa vurub.

 

Digər oyunda isə turnirin son qalibi Rusiya təmsilçisi “Proton Saratov” Bolqarıstan klubu “Maritza”ya  şans verməyib – 3:0 (26:24, 25:13, 25:16).

 

Qeyd edək ki, turnirin ikinci günündə “Azərreyl” “Proton Saratov”la qarşılaşacaq. Ruslarla oyun bu gün Bakı vaxtı ilə 16:30-da başlayacaq.