10:44 06-10-2016
news_image
656
TOP OYUNLARI

Çexiya yığmasının Azərbaycana gəlməsi dəqiqləşdi

Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında AÇ-2017-də iştirak edəcək daha 1 komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu hüquqa Çexiya millisi yiyələnib.

 

Onlar III mərhələdə Slovakiyadan güclü olublar. Belə ki, evdə 3:0 hesabı ilə qalib gələn çexlər cavab görüşündə 2:3 hesabı ilə uduzsa da, set fərqinə görə final mərhələsinə yüksəlib.

 

Beləliklə, yarışda mübarizə aparacaq 16 komandadan 14-ü məlumdu. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, Avro-2015-in mükafatçıları – Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk “beşlik”də qərarlaşan Türkiyə və Almaniya yığmalarıdı. II seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offda isə hələlik Çexiya qoşuldu.

 

Son 2 iştirakçının adına isə III mərhələnin ikinci oyunlarından sonra aydınlıq gələcək. Pley-offda Rumıniya Macarıstanla, Ukrayna İspaniya ilə oynayacaq. Bu komandalar arasında ilk qarşılaşmada rumınlar (3:0) və ispanlar (3:2) qələbə qazanıb.

 

Qeyd edək ki, Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.