12:08 06-10-2016
news_image
1180
DÖYÜŞ NÖVLƏRİ

Bakı Olimpiya Stadionunda yenilik

Bakı Olimpiya Stadionu daha bir layihəyə start verib. Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən böyük idman qurğusu yeni fəaliyyət növü ilə istifadəçilərə xidmət göstərməyə başlayıb.

 

Belə ki, bunadək idmansevərlərə bir sıra xidmətlər təklif edən stadionda “Olympiski” fitness mərkəzi açılıb. Oktyabrın ilk günündən fəaliyyətə başlayan mərkəz Bakı Olimpiya Stadionunda 900 kvadrat metr ərazidə yerləşir. Burada ən son ağıllı və erqonomik texnologiyalar vasitəsilə bütün əzələ qruplarını inkişaf etdirmək mümkündü.

 

Stadion rəhbərliyinin təşəbbüsü ilə fitnes müştəriləri peşəkar qaçış zolağında qaçaraq təmiz havada isinmə hərəkətlərin tamamlaya bilərlər. Ən son idman avadanlıqlarından əlavə “Olimpiski” geniş və təmiz soyunma otağı, rahat duş, sauna və hamam xidmətləri də təklif edir.

 

Mərkəzin direktoru Zaur Rəsulov da fəaliyyətləri haqda fikirlərini açıqlayıb: “Hər idman növünün hal-hazırda mümkünlüyünü vurğulamaq istərdim, çünki indi hər kəs üçün ideal bədənə sahib olmaq ön planda gəlir. Biz hər kəsin istədiyi bədənə sahib olması dəstəyimizi göstəririk və məşqçilərimizin məsləhətləri ilə müştərilərimizə düzgün idman ritmi yaratmağa kömək edəcəkdir”.

 

Qeyd edək ki, fitnes mərkəzi hər gün səhər saat 7-dən axşam 11-ə qədər fəaliyyət göstərir.