17:02 06-10-2016
news_image

Yığmamız Qran-priyə uğursuz başladı

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-pri turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınmayıb.

 

Belə ki, tatamiyə çıxan 4 həmyerlimiz mükafatçılar sırasına düşə bilməyib. 60 kq çəki dərəcəsində çıxış edən Murad Heydərli ilk qarşılaşmasında Bauyrxan Javintayevə (Qazaxıstan) uduzduğu halda, Tofiq Məmmədov 3-cü yer uğrunda görüşdə eyni rəqiblə bacarmayıb.

 

Digər cüdoçularımızdan Mirelturan Seyidi (66 kq) də debütdə Aybek İmaşevi (Qazaxıstan) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda Altansux Dovdonla (Monqolustan) bacarmayıb. Təmsilçimizin təsəlli döyüşü də uğurlu alınmayıb. O, belaruslu Dmitri Minkova uduzub.

 

66 kq çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyev isə startdaca yarışla vidalaşıb. Təcrübəli idmançımız Abduljəlil Yusupovla (Özbəkistan) dueldən məğlub ayrılıb.

 

Qeyd edək ki, oktyabrın 8-də başa çatacaq yarışda daha 7 cüdoçumuz gücünü yoxlayacaq.