12:12 08-10-2016
news_image
966
TOP OYUNLARI

Ukrayna millisi də Azərbaycanda final mərhələsində oynayacaq

Azərbaycan və Gürcüstanın birgə təşkil edəcəyi qadın voleybolçular arasında AÇ-2017-də iştirak edəcək daha 1 komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu hüquqa Ukrayna millisi yiyələnib.

 

Onlar III mərhələdə İspaniyadan güclü olublar. Belə ki, evdə 2:3 hesabı ilə uduzan ukraynalılar səfərdə rəqiblərinin hələ zəif olduğunu sübut ediblər. Onlar ispanlara 3:1 hesabı ilə qalib gəlməklə, final mərhələsinə yüksəliblər.

 

Beləliklə, yarışda mübarizə aparacaq 16 komandadan 15-i məlumdu. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, Avro-2015-in mükafatçıları – Rusiya, Hollandiya və Serbiya, həmçinin ilk “beşlik”də qərarlaşan Türkiyə və Almaniya yığmalarıdı. II seçmə mərhələdə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offda hələlik Çexiya və Ukrayna qoşuldu.

 

Son iştirakçının adına isə III mərhələnin son oyunundan sonra aydınlıq gələcək. Pley-offda Rumıniya Macarıstanla Avropa çempionatı uğrunda mübarizəni davam etdirir.

 

Qeyd edək ki, Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.