11:15 10-10-2016
news_image
704
TOP OYUNLARI

“Azərreyl” “üçlük”dən kənarda, Valeriya Məmmədova hamıdan öndə - FOTO

Türkiyədə qadın voleybolçular arasında Cengiz Göllünün xatirəsinə keçirilən ənənəvi beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda yalnız Rusiya “Proton”unu məğlub edən “Azərreyl” yekunda məhz Saratov təmsilçisi ilə son 2 pillədə qərarlaşıb.

 

Turnirin çempionu adını “Olimpiakos” (Yunanıstan) qazanıb. Onlar bütün matçlarını məğlubiyyətsiz başa vurublar. Ev sahibi “Bursa Böyükşəhər Bələdiyyəspor” ikinci, Bolqarıstan “Maritsa”sı üçüncü olub.

 

Yarışın simvolik yığmasına isə “Azərreyl”dən bir voleybolçu daxil edilib. Komandamızın təcrübəli oyunçusu Valeriya Məmmədova ən yaxşı libero nominasiyasının qalibi olub.

 

 

O

Q

M

S

X

Olimpiakos

4

4

0

11-6

9

Bursa

4

2

2

9-6

7

Maritsa

4

2

2

6-7

6

Azərreyl

4

1

3

5-9

4

Proton

4

1

3

5-9

4