11:24 10-10-2016
news_image
607
TOP OYUNLARI

Yığmamızın hücumçusu çempion olub, avrokuboka vəsiqə qazandı

Türkiyədə qadın voleybolçular arasında keçirilən Balkan kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruğu “Çanakkale Belediyyespor” klubu olub.

 

Onlar Monteneqronun “Rudar”, Bolqarıstanın “Kazanlak” və Bosniya və Herseqovinanın “Qasko” komandalarını məğlub ediblər.

 

Bu çempionluq “Çanakkale Belediyyespor”a avrokubokda iştirak hüququ da verib. Kulanın komandası “Çelenc Cup”da mübarizə üçün vəsiqə qazanıb.