19:42 10-10-2016
news_image

Gənc cüdoçular arasında Azərbaycan birinciliyi - VİDEO

Oktyabrın 12 və 13-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində 23 yaşa qədər cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək. Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, federasiyanın təşkilatçılığı ilə baş tutacaq yarışda respublikamızın müxtəlif bölgələrindən 200-ə yaxın cüdoçu mübarizə aparacaq.

 

Yarışın keçirilməsində əsas məqsəd milli komandamız üçün gənc və perespektivli cüdoçuları müəyyənləşdirməkdir.

 

Qaliblərə federasiyanın diplomları və medallar veriləcək.