14:01 12-10-2016
news_image
816
TOP OYUNLARI

“Çalışacam ki, hər bir işimiz yüksək səviyyədə olsun” – Cavid Qurbanov

Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti Cavid Qurbanov ilk açıqlamasını verib. Apasport.az saytının məlumatına görə, bu gün bu postda Ziya Məmmədovu əvəzləyən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri bütün işlərin yüksək səviyyədə olacağını deyib.

 

Qurbanov bildirib ki, bu növ Azərbaycanda sevilir: “Voleybol idman növü artıq neçə illərdi ki, ölkəmizdə ən populyar idman növlərindən biridi. Qarşıda bizi böyük yarışlar gözləyir. Mən də çalışacam ki, hər bir işimiz yüksək səviyyədə olsun”.

 

O, həmçinin bu gün keçirilən seçkilərdə onu səsvermə ilə prezident seçənlərə minnətdarlığını da çatdırıb.