10:02 13-10-2016
news_image
3522
TOP OYUNLARI

“Şirvan”da oynayırdı, A seriyasına getdi

Azərbaycan millisinin voleybolçusu Odina Bayramovanın gələcək karyerasına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Halkbank” klubu ilə müqaviləsini pozan 4-cü zona oyunçusu karyerasını İtaliyada davam etdirəcək.

 

Yığmamızın kapitanı A seriyasında oynayan “Firenze” ilə müqavilə imzalayıb. Razılaşmaya əsasən, Bayramova ən azı 2016/2017 mövsümünü Florensiya təmsilçisinin heyətində keçirəcək. Özünü yaxşı göstərəcəyi halda, onun müqaviləsinin müddəti də artırılacaq.

 

Qeyd edək ki, Odina hələlik legioner həyatı yaşamayıb. O, son 2 ayı Türkiyə klubunda olsa da, rəsmi matça çıxmadan Ankara təmsilçisi ilə vidalaşıb. Təmsilçimiz “Firenze”yə kimi isə “Şirvan”, “Bakı” və “Azərreyl” klublarında oynayıb.