13:47 13-10-2016
news_image

Yaponiya birinci, Azərbaycan 8-ci pillədə

Beynəlxalq Cüdo Federasiyası (IJF) milli komandalar üçün maraqlı medal statistikası dərc edib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası bu statistikada 48 medal qazanaraq 8-ci yerdə qərarlaşıb.

 

13 qızıl, 9 gümüş və 26 bürünc mükafata sahib olan milli üçün ilin birinci yarısı daha məhsuldar olub. Vüqar Şirinlinin (60 kq) qitə yarışlarında – Afrika Açıq Kuboku, Buenos-Ayres və Limada keçirilən Cənubi Amerika Kubokuda 3 qızıl medal qazanması bu göstəriciyə öz təsirini göstərib. Əgər daha böyük uğurlardan bəhs etsək, o zaman Rüstəm Orucovun (73 kq) çıxışını qeyd etmək lazımdı. IJF-in reytinq cədvəlində milli komandamızın üzvü ilk yerdə qərarlaşıb. Gümüş medal qazandığı Rio Olimpiadasına qədər, o, Kazanda keçirilən Avropa çempionatında və Havana Qran-prisində qızıl medal sevincini yaşayıb. Düsseldorf “Qran-Pri”sində ikinci, Qvadalaxaradakı “World Masters” və Bakı “Böyük Dəbilqə”sində isə üçüncü olub. Bu uğuru təkrarlayan daha bir cüdoçumuz isə mayda “World Masters”ın qalibi olan olimpiya finalçısı Elmar Qasımovdu (100 kq). Orxan Səfərovun (60 kq) qazandığı nəticələr də milli komandamızın reytinqinə öz töhfəsini verib.

 

Dünya reytinqinə isə 48 qızıl, 20 gümüş və 30 bürünc medalla Yaponiya başçılıq edir.