14:38 13-10-2016
news_image
781
TOP OYUNLARI

Azərbaycan çempionatının ən yaxşı hücumçusu Manila klubuna keçdi - FOTO

“Azəryol” sabiq boleybolçusu Stefani Niemer özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, amerikalı diaqonal voleybolçu karyerasını Filippində davam etdirəcək.

 

Ötən mövsüm Azərbaycan Super Liqasının ən yaxşı hücumçusu seçilən 27 yaşlı oyunçu “PSL – F2 Loqistiks” klubunun şərəfini qoruyacaq. O, Asiya təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.

 

Niemerin Manila təmsilçisini seçməsi klublararası dünya çempionatında da iştirakına zəmin yaradıb.

 

Qeyd edək ki, “Azəryol” ötən mövsüm Niemerlə 2 illik müqavilə bağlasa da, ilin tamamında razılaşma qarşılıqlı şəkildə pozulub. Bu, Bakı klubunun əvvəlki kimi iddialı olmaması səbəbindən edilib.