11:07 14-10-2016
news_image
683
TOP OYUNLARI

Odina Bayramovaya “4” verdilər - FOTO

İtaliyanın “Firenze” voleybol klubu yeni mövsüm üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, bununla da oyunçuların yeni ildə geyinəcəkləri formaların nömrələri də dəqiqləşib.

 

Yeni mövsümdə Florensiya təmsilçisinin formasını geyinəcək Azərbaycan yığmasının kapitanı Odina Bayramova isə burada sevimli nömrəsində çıxış edə bilməyəcək. 4-cü zona oyunçusu yeni komandasında “5” deyil, “4” nömrəli köynəkdə çıxış edəcək. Onun yığmada və Bakı klubunda daima geyindi nömrə altında Maria Çiara Norqini oynayacaq.

 

Qeyd edək ki, “Firenze”nin uğurları üçün vaxtilə Bakı klublarının şərəfini qorumuş İndre Sorokayte, Valeriya Russo, Rafaella Kalloni və Stefanye Enrayt də çalışacaq.