12:44 15-10-2016
news_image
433
TOP OYUNLARI

Yığmamızın üzvü 4 xal qazandı

Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyev Ukrayna çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Kremen”in şərəfini qoruyan təmsilçimiz Superliqanın VI turunun “Krivbass”la qarşılaşmasının iştirakçısı olub.

 

Amil öz meydanında 60:92 hesabı ilə uduzan Kremençuq təmsilçisinə 10 dəqiqə kömək edib. O, qarşılaşmada 4 xal qazanıb.

 

Qeyd edək ki, “Kremen” 5 xalla 11 komanda arasında 9-cu pillədə qərarlaşıb.