09:51 17-10-2016
news_image
599
DİGƏR NÖVLƏR

Avropa Kubokunda ikinci yer

Türkiyənin Alanya şəhərində Avropa Kubokunun növbəti mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan idmançıları da iştirak edib.

 

Millimizin lideri Rastislav Pevtsov finişə ikinci çatıb. O, məsafəni 1 saat 47 dəqiqə 45 saniyəyə qət edib. Təmsilçimiz rusiyalı Vladimir Turbayevskidən cəmi 15 saniyə geri qalıb. İlk “üçlüyü” isə bürünc medal uğrunda mübarizədə qardaşı Dmitrini qabaqlayan İqor Polyanski qapayıb. O, Pevtsovdan 1,01 geri qalıb.