11:35 17-10-2016
news_image
610
TOP OYUNLARI

Yığmamızın kapitanı A seriyasına məğlubiyyətlə başladı

Qadın voleybolçular arasında İtaliya A seriyasına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin kapitanı Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” ilk turda “Foppapedretti”nin qonağı olub.

 

Berqamoda baş tutan qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb. “Firenze” 1 xal belə qazana bilməyib – 1:3 (19:25; 15:25; 25:23; 13:25).

 

Yeni komandasında A seriyasında debüt edən Bayramova komandasına cəmi 5 xal qazandırıb.

 

Qeyd edək ki, Florensiya II turda “Konegliano”nu qəbul edəcək. Matç oktyabrın 23-də olacaq.