11:40 17-10-2016
news_image
722
TOP OYUNLARI

İlqar Qurbanov - 2 ildən bir

“Qarabağ”ın futbolçusu İlqar Qurbanov təxminən 2 il sürən qolsuzluğa son qoyub. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının VIII turunun “Sumqayıt”la ev oyununda (3:0) qol sevinci yaşayan futbolçu sonuncu dəfə 2014/15 mövsümündə fərqlənmişdi.

 

30 yaşlı müdafiəçi həmin qolu 685 gün öncə “Simurq”la səfər oyununda rəqib qapısından keçirmişdi. 2014-cü il noyabrın 30-da Zaqataladakı 3:2 hesablı qələbədə “Qarabağ”a qolu ilə kömək edən Qurbanov həmin uğurundan sonra qapılara yol tapa bilmirdi.

 

Qeyd edək ki, “Sumqayıt”la matçdakı qoladək çempionatda 12 dəfə fərqlənən İlqar hesabını nəhs rəqəmə - 13 topa çatdırıb. Bunlardan 5-i Ağdam klubunun heyətində qeydə alınıb.