15:21 17-10-2016
news_image
488
DİGƏR NÖVLƏR

Velosipedçilərimiz yenə finişə çatmadılar

Velosiped üzrə Azərbaycan yığmasının biabırçı çıxışı davam edir. Apasport.az saytının məlumatına görə, “Synergy Baku”dan fərqli, milli üzvləri çıxış etdikləri yarışda bəzən finişə belə çata bilmirlər.

 

Rio Yay Olimpiya Oyunları və Fransadakı Avropa çempionatının ardınca növbəti uğursuz nəticə Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında yaşanıb. Belə ki, yığmamızın “lideri” Maksim Averin yenə də yarışı yarımçıq tərk edib. Milliləşdirilmiş idmançı 257,5 km məsafəni başa vura bilməyib.

 

Azərbaycan vətəndaşlığını qəbul edən və hələ də gözlənilən ümidləri doğrultmayan Yelena Pavluxina 40-cı olub.

 

U-23-lərin yarışına gəlincə, Samir Cəbrayılov 166 km məsafəni 38-ci, İsmayıl 94-cü keçib. Əvəzində, Kənan Qəhrəmanlı və Ənvər Asanov çıxışlarını yarımçıq dayandırıblar.

 

Qeyd edək ki, Avropa Oyunlarında start xəttinə çıxmayan Averin Rio-2016-da finişə çatmamışdı. O, həmçinin sentyabrda keçirilən Avropa çempionatında da finişlə start arasında "itmişdi".