11:15 18-10-2016
news_image
1641
TOP OYUNLARI

Azərbaycan çempionatına yeni komanda gəlir

Azərbaycanda yeni voleybol klubu yaradılıb. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının 2016/2017 mövsümündə “Lokomotiv” komandası da mübarizə aparacaq.

 

Bu heç də indiyədək mövcud olan qadınlardan ibarət “Lokomotiv” Voleybol Klubunun xələfi deyil. Yeni yaranan komanda kişilərdən ibarət olacaq və “Lokomotiv” İdman-Sağlamlıq cəmiyyətini təmsil edəcək.

 

Qeyd edək ki, yeni klub artıq çempionat üçün sifariş olunub.