11:29 18-10-2016
news_image
3296
TOP OYUNLARI

Azərbaycan çempionatı 6 klubla başlayır - Dəqiqləşdi

Kişi voleybolçular arasında Azərbaycan çempionatında iştirakçı komandaların sayı və başlama tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yarışda 6 klub gücünü yoxlayacaq.

 

Bunlar “Neftçi”, “Nəqliyyatçı”, “Naxçıvan”, “Sumqayıt”, “Lokomotiv” və MOİK-di. İlk 2 klubda əsasən yığmamızın üzvləri cəmləşəcəksə, digərlərində əsasən gənclərə üstünlük veriləcək. Əgər “Lokomotiv” yeni yaranıbsa, MOİK də uzun fasilədən sonra çempionata qayıdıb.

 

2016/2017 mövsümünün startı isə noyabrın 3-də veriləcək. Dairəvi sistemlə keçiriləcək yarışın ilk dövrəsi Naxçıvanda olacaq. Burda Olimpiya İdman Kompleksində baş tutacaq oyunlar noyabrın 7-dək davam edəcək. Növbəti 2 dövrənin isə dekabr və fevral aylarında keçirilməsi nəzərdə tutulub.

 

Yekunda ilk “dörd”lük yarımfinalda oynayacaq. Bu mərhələ martda olacaq. Final isə apreldə baş tutacaq.