11:44 19-10-2016
news_image
2493
TOP OYUNLARI

Yığmamızın oyunçusu “Beşiktaş”da baxışdadı

Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak karyerasını yenidən ölkə xaricində davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, 30 yaşlı blokçu Türkiyənin “Beşiktaş” klubunda baxışdadı.

 

İtaliyada legioner həyatı yaşamış milliləşdirilmiş voleybolçunun sınaqdan necə çıxacağı isə özündən asılıdı. Əgər onun hazırkı durumu İstanbul təmsilçisini çalışdıran “Rabitə”nin sabiq məşqçisi Kamil Sözü qane etsə, 1 illik müqavilə imzalanacaq. Əks halda, Poznyak digər klublarda özünə yer axtarmalı olacaq.

 

Qeyd edək ki, türkiyəli ilə ailə həyatı quran Kseniya onun istəyi ilə bu ölkəyə yollanıb. Son mövsümü “Azərreyl”də keçirən blokçu bu komanda ilə Azərbaycan çempionu titulunu qazanıb.