09:24 20-10-2016
news_image
1192
TOP OYUNLARI

“Beşiktaş” Azərbaycan millisinin oyunçusu ilə bağlı qərar verdi

Türkiyənin “Beşiktaş” klubu Azərbaycan yığmasının voleybolçusu Kseniya Poznyakıla bağlı mövqeyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi 30 yaşlı blokçu ilə müqavilə bağlamaq arzusunda deyil.

 

Belə ki, “Azərreyl”dən ayrılaraq həyat yoldaşının istəyinə əsasən Türkiyəyə yollanan Poznyak burada yalnız formasını saxlamaq üçün məşq edəcək. Klubdan bildirilib ki, voleybolçu özü bu istəklə onlara müraciət edib və ona rəsmi icazə verilib.

 

Təmsilçimiz qonşu ölkədə özünə komanda tapacağı halda “qara qartallar”ın düşərgəsindən ayrılacaq. Kseniyanın aşağı liqa klubları ilə anlaşması da istisna deyil.

 

Qeyd edək ki, Poznyak indiyədək yalnız İtaliyada legioner həyatı yaşayıb.