01:05 22-10-2016
news_image
1035
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov Vişvanatan Anandla oynayacaq

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov növbəti nüfuzlu yarışda çıxış edəcək. Apasport.az saytının məlumatına görə, şahmatçımız “Corsican Sircuit” turnirində iştirak edəcək.

 

Yarışın reytinqinə görə üçüncü şahmatçısı olan Teymurun (2710) əsas rəqibləri fransız Maksim Vaşer Laqrave (2811), hindistanlı Vişvanatan Anand (2776) və çinli xanım şahmatçı Xou Yifan (2649) olacaq.

 

Ümumilikdə isə çempionluq uğrunda 46 idmançı mübarizə aparacaq. Reytinq olaraq fərqlənənilk dördlük mübarizəyə 1/8 final mərhələsindən qoşulacaqlar.

 

Qeyd edək ki, turnir 22-30 oktyabr tarixləri arasında davam edəcək.